“BƏLKƏ”...
Hər gün küçələrdə dilənən
o qoca qarının ovcundakı
çörək pulusu qədər
əzizsən mənə...
“BİZ”SİZ ŞƏHƏR, ŞƏHƏRSİZ “BİZ”...
Bu şəhər incidir, incidir məni,
Rast gələ bilmirəm niyə heç “biz”ə?
Hər yerdə axtarır, gəzirəm “biz”i
Mən düşə bilmirəm heç izimizə.
***
KÖLGƏN...
Çəkilmirsən gözlərimin önündən
Gah canlanır,, gah yox olub itirsən.
Sən kölgəyə çevrilmisən izimdə
Hər addımda yollarımda bitirsən.
***
YOXSAN

ARZULARIMIN ÖVLADLARI...
Mən heç vaxt Səninlə
kreditə alınmış
avrotəmirli mənzildə
yaşamağın xəyalını
qurmadım.
ROMANTİK “MƏN”...

Mən bir romantikəm ki,
xəyalların içində
azıb qalmışam,
Reallığın özündən
uzaq qaçmışam.
GETMƏK İSTƏYİRƏM…

Yoruluram hərdən...
Uzaqlaşmaq istəyirəm
bu şəhərdən...
Şablonlaşmış insanlardan,
Səs-küylü yollardan,
Təkərləri xatirələrə sarılmış
maşınlardan.
Dörd divara məhkum olunmuş
xəyallardan, arzulardan...
SOL TƏRƏFİM...

